Yaponiyada Yer kürəsinin ən yaşlı insanı dünyasını dəyişib. SİA "Associated Press"ə istinadən xəbər verir ki, yaponiyalı Nabi Tacima 117 yaşında vəfat edib.
O, 1900-cu ildə dünyaya gəlib. Qadının 160-dan çox törəməsi var.
Nabi Tacima 7 ay əvvəl yamaykalı Vayolet Braunun 117 yaşında vəfatından sonra dünyanın ən yaşlı insanı olub.
İndi dünyanın ən yaşlı insanı yaponiyalı Çiyo Yoşidadır. Qadının 116 yaşı var.