YAP Pirallahı rayon təşkilatı ağacəkmə aksiyası keçirib FOTO

21 Aprel 2018 14:05 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Pirallahı rayon təşkilatı ağacəkmə aksiyası keçirib.

SİA-nın məlumatına görə, "700 min ağac əkək" kampaniyası çərçivəsində keçirilən ağacəkmə aksiyasında YAP Pirallahı rayon təşkilatının fəalları, idarə heyəti və partiyanın Pirallahı rayon təşkilatı aparatının əməkdaşları iştirak ediblər. Aksiyada 250-dən çox şam ağacı və digər növ ağaclar mərkəzi magistral yol boyunca əkilən, eyni zamanda əkilən ağaclara aqrotexniki qulluq göstərilib.