Avtomobillə adam vurmaqda şübhəli bilinən sürücü saxlanılıb

21 Aprel 2018 13:55 (UTC+04:00)

Saatlı rayon sakinini avtomobillə vurmaqda şübhəli bilinən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, aprelin 17-də saat 21:00 radələrində Saatlı rayonunun Qara Nuru kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Habil Məmmədov vurulub.

Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü - İmişli rayon sakini Qədir Quliyev saxlanılıb.