Oğurluqda şübhəli bilinən paytaxt sakini saxlanılıb

21 Aprel 2018 13:40 (UTC+04:00)

Bakıda marketdən oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları Zabrat-1 qəsəbəsinin Babək küçəsində yerləşən “Ayxan” marketdən Mərkəzləşdirilmiş Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, obyektdən ümumi dəyəri 103 manatlıq spirtli içkiləri oğurlayıb qaçmaq istəyən bir nəfəri yaxalayıblar. Polis əməkdaşları tərəfindən saxlanılan həmin şəxs maddi sübutla birlikdə aidiyyatı üzrə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə təhvil veriblər.

Bölmədə aparılan araşdırmalarla onun əvvəllər məhkum edilmiş, paytaxtın Binəqədi rayonunda yaşayan Anar Aslanov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.