Milli Məclisdə Novruz Məmmədovun Baş nazir təyin edilməsi müzakirə edilir

21 Aprel 2018 12:06 (UTC+04:00)

Aprelin 21-də Milli Məclisin iclası keçirilir. SİA xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilir.