Avropa Liqası Kuboku Meksikada oğurlanıb

21 Aprel 2018 12:28 (UTC+04:00)

UEFA Avropa Liqasının kuboku Meksikanın Leon şəhərində ictimaiyyət üçün nümayiş olunacağı yerə aparılarkən oğurlanıb. SİA-nın məlumatına görə, kubok “FedEx” şirkətinə məxsus nəqliyyat vasitəsindən oğurlanıb. Lakin polis kuboku iki gün ərzində taparaq təşkilatçılara təhvil verib.

Oğurluqda iştirak edən şəxslərin kimliyi hələ məlum deyil.