Skautlar Çanaqqala səfərinə başlayır

21 Aprel 2018 14:49 (UTC+04:00)

Azərbaycan Skautlar Assosiasiyası Türkiyə İzçilik Federasiyası ilə birgə azərbaycanlı və türk skautların Çanaqqalaya səfəri başlanılır. Gelibolu və Çanaqqala döyüşlərinin 103-illiyinə həsr olunan səfərə Şəhidlər Xiyabanında təşkil olunan yürüşlə start verilir. Mərasimdə Dünya Skaut Komitəsiin üzvü İlyas İsmayıllı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqramının koordinatoru Adem Urfa, Azərbaycan Skautlar Assosiasıyasının sədri Emin Babayev və başqa qonaqlar iştirak edir.

Bildirək ki, Çanaqqala döyüşlərində türklərlə yanaşı azərbaycanlılar da vuruşub. Türklərlə çiyin-çiyinə Türkiyənin müdafiəsinə qatılan azərbaycanlı əsgərlərdən 3000 nəfər Çanaqqala döyüşlərində şəhid olub. 50 nəfərlik skaut qrupu bu gün başlanılacaq səfər ilə 1915- ci ildə Dardanella boğazının və İstanbulu müdafiə etmək məqsədilə Gelibolu və Çanaqqalaya gedən Türk və Azərbaycanlı əsgərlərin getdiyi yollarla gedərək döyüşlərdə şəhid olan əsgərləri yad edəcək.