Plenar iclası başladı

21 Aprel 2018 12:00 (UTC+04:00)

Milli Məclisin plenar iclası öz işnə başlayıb. SİA-nın xəbərinə görə, plenar iclasda Baş nazir təyinatına baxılacaq.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 109-cu maddəsinə görə, Baş nazirin namizədliyini prezident irəli sürür. Və həmin namizəd Milli Məclisə təqdim edilir.

Prezident həmin namizədi Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.