Türkiyədə avtobus qəzaya düşdü - 18 nəfər yaralandı

21 Aprel 2018 13:44 (UTC+04:00)

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə Konya şəhərində qeydə alınıb.

Belə ki, Kayseri şəhərindən Antalyaya gedən avtobus Konya-Aksaray avtomobil yolunda qəzaya düşüb. Nəticədə 18 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

Hadisəyə yağışlı havanın səbəb olduğu bildirilir.