Əfqanıstanda terror aktı törədilib

21 Aprel 2018 11:41 (UTC+04:00)

Əfqanıstanda terror aktı törədilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Nanqarhar əyalətinin Hasaki Mine rayonunda qeydə alınıb.

Belə ki, dinc sakinləri daşıyan avtomobilin keçdiyi vaxtda yol kənarına yerləşdirilən partlayıcı qurğu işə düşüb, nəticədə 5 nəfər ölüb, 14-ü yaralanıb.

Hələlik partlayışın məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.