Tramp Böyük Britaniyaya səfər edə bilər

21 Aprel 2018 10:10 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp iyul ayında Böyük Britaniyaya səfər edə bilər. SİA-nın verdiyi məlumata görə, bu barədə Britaniya KİV-ləri Ağ Ev rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata əsasən, ABŞ liderinin Böyük Britaniyaya səfəri iyulun 11-12-də keçiriləcək NATO-nun Brüssel sammitindən sonra baş tutacaq.

Səfər zamanı Tramp və Birləşmiş Krallığın baş naziri Tereza Mey arasında danışıqların keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Tramp Britaniya səfərinin təxirə salındığını elan edib.