“Milan” Mario Madzukiçə "elçi düşüb"

20 Aprel 2018 23:19 (UTC+04:00)

“Milan” mövsümün sonunda hücumçusu Nikola Kaliniçlə yolları ayıracaq. Bu barədə “Football İtalia” xəbər yayıb. Ötən ilin yayında “Fiorentina”dan 25 milyon avroya transfer edilən xorvatiyalı forvard ümidləri doğrultmayıb. “Rassonyerlər” Kaliniçin əvəzləyicisini də tapıb. Bu, “Yuventus”un hücumçusu Mario Madzukiçdir.
Turin klubu da 31 yaşlı hücumçunu göndərməyin əleyhinə deyil.
Qeyd edək ki, Mandçukiç bu mövsüm “Yuventus”un heyətində 38 oyuna 10 qol vurub.