Ərdoğan: "Bizim seçki kampaniyamız başladı"

20 Aprel 2018 21:18 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə iyunun 24-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı özünün seçki kampaniyasının başladığını elan edib.

Trend-in məlumatına görə, Türkiyə lideri bildirib: "Bizim seçki kampaniyamız başladı. Seçki proqramımızı partiyanın İstanbulda keçirilən konqresində açıqlayacağıq". Qeyd edək ki, aprelin 13-də Türkiyədə növbədənkənar prezident seçkiləri elan edilib.