"Barselona" yeni transferə hazırlaşır

20 Aprel 2018 19:06 (UTC+04:00)

"Barselona" heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır. İspaniya mətbuatı yazır ki, Kataloniya klubu "Sevilya"nın müdafiəçisi Kleman Lanqle maraqlanır. "Barsa"nın nümayəndələri bu transferlə bağlı fransalı oyunçunun menecerləri ilə görüşüblər. Tərəflər arasında razılığın demək olar ki, əldə olunduğu bildirilib.

Qeyd edək ki, K.Lenqlanın təzminat qiyməti 35 milyon avrodur.