Milli Kitabxanada Tofiq Hüseynoğlu-80” adlı kitab sərgisi açılıb

20 Aprel 2018 18:36 (UTC+04:00)

Azərbaycan Milli Kitabxanasında ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Tofiq Hüseyn oğlu Hüseynovun anadan olmasının 80 illik yubileyi münasibətilə “Tofiq Hüseynoğlu-80” adlı kitab sərgisi açılıb.

SİA-nın məlumatına görə, sərgi alimin əsərləri, tərtib etdiyi, redaktoru olduğu, ön söz yazdığı, haqqında olan kitablardan və dövri mətbuat materiallarından ibarətdir. Sərgi bir həftə davam edəcək.