ƏLİ KƏRİMLİ ÜÇÜN ŞƏHİD KƏLMƏSİ MÖVCUD DEYİL! KÖŞƏ YAZISI

20 Aprel 2018 13:56 (UTC+04:00)

Ölkə rəhbərimizin təxminən 9 min şəhid və itkin düşmüş əsgərlərimizin ailələrinə 11 min birdəfəlik yardım ayrılması barədə verdiyi Fərmanının ardınca, ölkə ictimaiyyətinin bu mötəbər addıma münasibəti birmənalı olaraq yüksək oldu. Çünki Vətən uğrunda canlarını qurban verərək, şəhidlik zirvəsinə çatmış hər bir elolğlumuz və elqızımız bu gün həyatda olmasalar da, onların ailələri, yaxınları, övladları, bir sözlə vərəsələri həmin qayğını öz üzərlərində hiss etməkdədirlər.

Lakin məni və bəlkə də bir çoxlarını düşündürən başqa məsələ var. Görəsən, dövlət siyasətinin tərkib hissəsi olan bu kimi qərarlar nəyə görə özlərini "ana müxalifət" adlandıran partiya "liderlərini" qıcıqlandırır? Ona görə ki, Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və s. kimi siyasi dəllallar ömürlərində bircə dəfə olsa belə, reallığı dərk edərək şəhid ailələrinə göstərilən dövlət qayğısı barədə müsbət fikir danışmırlar. Danışmırlarsa, dinmirlərsə, demək ki, qıcıqlanırlar. Çünki belələri üçün nə Vətən, nə dövlət, nə də xalq məfhumu mövcud olmayıb və olmayacaq da! Halbuki...

Halbuki söhbət şəhidlərdən gedir! Bu gün mənimlə yanaşı, bir çoxları yenə də sual edirlər ki, əcəba bu siyasi dəllallar xalq və dövlətçilik maraqları üçün verilən digər çoxsaylı qərarlara "korluqları", "karlıqları", "lallıqları" ilə etinasızlıq göstərirlərsə, yəni özlərini sözün əsl mənasında axmaqlığa qoyurlarsa, bəs, bu kimi həssas məsələdə niyə həmin sərsəm şakərlərini nümayiş etdirirlər?! Məgər şəhid kəlməsi onlar üçün bu qədərmi qəbuledilməzdir?! Torpaq uğrunda canından, qanından keçən oğul və qızlarımız onlara bu qədərmi yadddır? Niyə bu siyasi dəllalların Avropadakı hürən itləri – orduxanlar, turallar, rəfaillər və başqaları bir neçə ay əvvəl quduzlaşarkən onları özlərinə "qəhrəman" seçirdilər, şəhidlərin ruhlarına hörmət məqamı gələndə bunların gözlərinə nizə girir?!

Təkcə bir misal gətirmək istərdim. Əli Kərimlinin gözləçəsi Fatimə Mövlamlı dövlət atributumuza qarşı xuliqanlıq hərəkəti etdiyinə görə saxlanılmışdı və təkcə bu məsələnin üzərində bizlər Əli Kərimlinin özünü necə "lezvalamağının" şahidi olduq. Hansı ki, cəmiyyətdə kifayət qədər əxlaqsızlığı və tüfeyli həyat tərzi ilə seçilən həmin "qız" sosial şəbəkələrdə siqareti "paravoz" kimi tüstülədib, arağı da "zakuzkasız" vurmağını nümayiş etdirirdi. Artıq neçə günlərdir ki, Kərimlinin nəzarətində olan bəzi mətbuat səhifələrində onu az qala Janna DArk elan ediblər (?!) Bir pozğunu bu qədər yüksəklərə qaldıra bilənlər varsa, o da yalnız Əli Kərimli və onun yan-yörəsində olan siyasi fahişələrdir!

Şəhidlik mücəəssəməsi yazan igid və qəhrəman övladlarımız isə belələri üçün maraqlı deyil. Axı onların üzərindən pul-para qazanmaq, avropalı ağalarına, erməni lobbisinə yarınmaq mümkün deyil! Ona görə də, belələri heş şəhid kəlməsini ağızlarına almasalar yaxşıdır. Ən azından bu kəlmə təmiz ağızlardan çıxmalıdır...

RÖVŞƏN

P.S. Yeri gəlmişkən, bu yaxınlarda bir çoxlarının bəyənmədiyi müğənni Üzeyir Mehdizadənin Türkiyəyə etdiyi konsert səfərində ajiotajı yaxşı gördük. Onun fanatları Əli Kərimlinin tərəfdarlarını yüz dəfə ötüb keçir. Halbuki, bu müğənninin yaşı Əli Kərimlinin siyasətdə olduğu müddətdən də azdır...