Tramp Putini ölkəsinə səfərə dəvət edib

20 Aprel 2018 12:25 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini ölkəsinə səfərə dəvət edib.

SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, V.Putinin ABŞ-a səfərinə hələlik hazırlıq başlamayıb: “ABŞ prezidenti telefon danışığında belə bir dəvət göndərərək, prezident Vladimir Putini Ağ evdə görməkdən və təkrar görüş çərçivəsində müzakirələr aparacağından şad olacağını bildirib. Amerikalı həmkarlarımıza belə bir görüşün konkretləşdirilməsini istədiyimizi çatdırmışıq. Prezident Putin belə görüşə hazırdır”.

Qeyd edək ki, bir müddət əvvəl Ağ evin mətbuat katibi Sara Sanders bildirmişdi ki, Tramp Putinlə görüşmək istəyir.