"Turizm müəssisələrində nağdsız hesablaşmalar" təlimi keçrilib

20 Aprel 2018 11:39 (UTC+04:00)

ATMU-nun "Biznes idarəçiliyi" fakiltəsinin təşkilatçılığı ilə "Amrahbank" ASC və Azərbaycan Banklar Assosiasiyasının birgə "Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye - ATMU əməkdaşlığı çərçivəsində keçirilən kompleks tədbirlər davam edir.

ATMU-nun "Biznes idarəçiliyi" fakiltəsinin təşkilatçılığı ilə "Amrahbank" ASC və Azərbaycan Banklar Assosiasiyasının birgə "Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilib. Təlimdə Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev və təlimin kordinatoru, “İqtisadiyyat” kafedrasının dosenti Səkinə Hacıyeva çıxış edərək bildirib ki,-“ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ındə turizm sektorunda müvafiq peşə hazırlığı üzrə təlimlərin keçirilməsi və keyfiyyət sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməsi prioritet bir məsələ kimi qarşıya qoyulub. İqtisadiyyatın müxtəlif sahələrində biznes fəaliyyəti ilə məşğul olan müəssisələr üçün kadrların hazırlığı prosesində keyfiyyət məsələlərinə diqqət yetirilməsi hazırda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu ayrı-ayrı sahələr üçün kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssiələrinin qarşısında yeni tələblər irəli sürür. Bu məsələnin həll edilməsi üçün biznes strukturlarının kadrların peşə, ixtisas hazırlığı səviyyəsinə olan tələbatlarının müəyyən olunması və ona müvafiq olaraq tələbələrə zəruri bilik və bacarıqların aşılanması üzrə tədbirlər həyata keçirilməlidir. Hazırda ölkəmizdə bir sıra sahibkarlıq strukturları iqtisadiyyatın müxtəlif sahələri üçün milli rəqabətqabiliyyətli kadrların hazırlanması işində yaxından iştirak edərək öz korporativ sosial məsuliyyət siyasətlərinin reallaşdırılması çərçivəsində çoxşaxəli işlər görürlər. ATMU-un “İqtisadiyyat” kafedrası real sektorla əməkdaşlıq əlaqələrini daim genişləndirərək tələbələrin gələcəkdə əmək bazarına keyfiyyətli kadr kimi daxil olması və öz bilik və bacarıqlarını reallaşdırması, gələcəkdə işlə təmin olunması üzrə kompleks tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının “Təhsilə dəstək” layihəsində iştirak da nəzərdə tutulub. Bu gün "Nağdsız hesablaşmalar" mövzusunda təlim təşkil edilmişdir. Hörmətli tələbələr, gələcəkdə təsərrüfat fəaliyyətinin müxtəlif sahələrində fəaliyyət göstərərkən nağdsız hesablaşmanın həyata keçirilməsi prinsiplərinə, xüsusiyyətlərinə dair geniş, ətraflı biliklərə malik olmağınız sizin biznes idarəçiliyinin müxtəlif sferalarında bir peşəkar kadr kimi fəaliyyətinizdə çox lazım olacaq, bu biliklərin əldə olunması xüsusilə “Maliyyə” ixtisası üzrə təhsil alan tələbələr üçün zəruridir. Əminik ki, peşəkar mütəxəsis “Əmrahbankın” filialının direktoru Ramin Bayramovun təcrübə və məlumatları sizin üçün çox faydalı olacaq”.

Təlimdən sonra Ramin Bayramov təlimdə iştirak edən tələbələrin çox saylı suallarına cavab verib.

Sonda Səkinə Hacıyeva təlimin təşkili və keçirilməsinə görə "Amrahbank" ASC-nin və Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyinə o cümlədən təlimçi Ramin Bayramova ATMU adından dərin təşəkkürünü bildirib.