Bakıda toz-dumanın miqdarı sanitar normaya uyğundur RƏSMİ

20 Aprel 2018 09:43 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 20 aprel 2018-ci il tarixində səhər saatlarında Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən bildirilib. Məlumata əsasən, buna səbəb ölkə ərazisinə daxil olan şimal-qərb küləyidir.