Konsert və ustad dərsləri keçirilib

20 Aprel 2018 09:39 (UTC+04:00)

Sankt-Peterburq Musiqi Liseyinin beynəlxalq müsabiqələr laureatları və müəllimlərindən ibarət nümayəndə heyəti Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində olublar.

Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya bildirilib ki, məktəbdə U.Mixaylovskaya tərəfindən qoboy aləti üzrə ustad dərsi və qərb bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

Musiqiçilərin rəngarəng ifaları dinləyicilər tərəfindən maraqla qarşılanıb.