Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına dəyişiklik edilib

20 Aprel 2018 09:00 (UTC+04:00)

Nazirlər Kabineti "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na dəyişiklik edib. SİA-nın xəbərinə görə, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na edilmiş dəyişikliyə əsasən icraçı istehlakçılar üçün qanunvericiliyə zidd olmayan davranış qaydalarını müəyyən etmək (tütün çəkilməsinin məhdudlaşdırılması, salona daxil olarkən üst geyiminin girişdə qarderoba təhvil verilməsi və s.) hüququna malikdir.