Ermənistanda saxlanılan etirazçıların sayı 100-ə çatıb

19 Aprel 2018 17:30 (UTC+04:00)

Ermənistanda Serj Sarkisyanın baş nazirliyinə qarşı keçirilən aksiyalarda saxlanılanların sayı 100 nəfərə çatıb.

SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin ictimaiyyətlə əlaqələr şöbəsindən Edqar Canoyan deyib: “100 nəfər saxlanılaraq şöbəyə gətirilib”.