“Koroğlu” metrostansiyası bağlanır

19 Aprel 2018 15:29 (UTC+04:00)

Aparılacaq təmir işləri ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasının “piramida” adlandırılan giriş-çıxışı aprelin 21-dən müvəqqəti olaraq bağlanacaq.

Bu haqda SİA-ya “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, stansiyanın digər bütün giriş-çıxışları (“Alov” parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.

Bakı metrosu yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.