Yunker Macarıstanın Baş nazirini diktator adlandırıb

19 Aprel 2018 00:43 (UTC+04:00)

Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker son dönəmlərdə Avropa Birliyinin kəskin tənqidlərinə tuş gələn Macarıstanın Baş naziri Viktor Orbanı diktator adlandırıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Hadisə Avropa Birliyində görüşlərin birində baş verib. Yunker onunla görüşməyə gələn Orbana diktator deyib, ardınca zarafatla baş nazirə şillə vurub. Viktor Orban Yunkerin hərəkətindən narahatlığını gizlətməyə çalışaraq şəkil çəkdirmək üçün həmkarlarının yanına keçib.