Bulvarda dənizdə kişi meyiti aşkarlanıb

18 Aprel 2018 13:07 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə naməlum kişi meyiti aşkar edilib. SİA-nın məlutına görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb. ​