Sarkisyan Ermənistanın yeni baş naziri seçilib

17 Aprel 2018 17:08 (UTC+04:00)

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bu gün ölkə parlamentində keçirilmiş səsvermə nəticəsində Ermənistanın yeni baş naziri seçilib. SİA-nın verdiyi məlumata görə, S.Sarkisyanın lehinə 77, əleyhinə 17 deputat səs verib.

Qeyd edək ki, S.Sarkisyanın namizədliyinə qarşı iki gündür ki, Yerevanda iğtişaşlar davam edir.