YAP-ın komandası “Müəssisələrarası futbol” turnirinə qələbə ilə başlayıb

17 Aprel 2018 16:12 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) komandası Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik xatirəsinə həsr edilmiş “Müəssisələrarası futbol” turnirində iştirak edir. YAP-dan SİA-ya verilən məlumata görə, ilk görüşdə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin komandası ilə qarşılaşan Yeni Azərbaycan Partiyasının komandası 6:5 hesablı qələbə qazanıb.