“ASAN xidmət”ə 21 milyonuncu müraciət qeydə alındı

17 Aprel 2018 16:02 (UTC+04:00)

16 aprel 2018-ci il tarixində “ASAN xidmət”ə 21 milyonuncu vətəndaş müraciəti qeydə alınıb. Agentlikdən SİA-ya verilən məlumata görə, müraciətin sahibi Xaçmaz şəhər sakini Şahvar Yusufov olub. O, Xaçmaz şəhərində Səyyar ASAN xidmətə müraciət edərək ASAN qatarda Ədliyyə Nazirliyinin notariat xidmətindən yararlanıb.

21 milyonuncu müraciətin sahibi kimi Şahvar Yusufov təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bundan başqa regionlarda 10 Səyyar ASAN xidmət avtobusu və Səyyar ASAN qatar vasitəsi ilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.