Daşınan yüklərin həcmi azalıb

17 Aprel 2018 15:38 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Gürcüstan ərazisi ilə 5,5 mln. ton yük daşınıb. Bu həcm ötən ilin analoji dövrü ilə müqayisədə 0,3 mln. ton azdır.

Hesabat dövründə yüklərin hava nəqliyyatı ilə daşınmasında kəskin azalma qeydə alınıb. Belə ki, cari ilin yanvar-fevral aylarında hava nəqliyyatı ilə daşınan yüklərin həcmi illik müqayisədə 3,5 mln. ton azalaraq 2,5 mln. ton təşkil edib.