Kursantlar arasında beynəlxalq idman yarışı keçirilir

17 Aprel 2018 11:47 (UTC+04:00)

Aprelin 17-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantları arasında beynəlxalq idman yarışlarına start verilib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yüngül atletika, güləş, pentatlon, futbol və voleybol üzrə təşkil olunacaq yarışlarda 100-dən artıq hərbi idmançı iştirak edir.

Yarışlar aprelin 21-dək davam edəcək.