“Reinkarnasiya – əbədi gənc, qədim şəhər” LAYİHƏ

17 Aprel 2018 11:47 (UTC+04:00)

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yeni - “Reinkarnasiya – əbədi gənc, qədim şəhər” layihəsinə başlayıb. Qoruq İdarəsindən SİA-ya verilən məlumata görə, layihədə məqsəd İçərişəhərin tarixi abidələrinə, mədəniyyətinə, adət-ənənələrinə uşaqların gözü ilə baxmaq, həmçinin uşaqlara özünəməxsus sevgiləri ilə qədim şəhərin ruhunu duymaq və yeni həyat verməkdir.

Qeyd edək ki, layihə “Reinkarnasiya - tanımadığınız İçərişəhər” layihəsinin davamı hesab olunur və təqdimatı 1 iyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günündə keçiriləcək. Layihədə “DA-ART” Təsviri İncəsənət Mərkəzinin uşaqları iştirak edir.