Fəxrəddin Manafovdan xəbər var

17 Aprel 2018 09:46 (UTC+04:00)

Almaniyaya müayinə üçün getmiş xalq artisti Fəxrəddin Manafov tezliklə Azərbaycana dönəcək. SİA-nın məlumatına görə, bu barədə aktyorun çalışdığı Rus Dram Teatrının mətbuat xidmətindən bildiriblər: “Fəxrəddin Manafov Almaniyaya müayinəyə gedib. Onurğasında bəzi problem var, nə səviyyədədir, yəqin ki, müayinə zamanı müəyyən edilib. Bizə özü zəng edib və vəziyyətinin yaxşı olduğunu deyib. Həm də bildirib ki, bir-iki günə gələcək”.

Məlumata görə, xalq artisti Almaniyaya təxminən bir həftə qabaq gedib.