Mançesterdə avtomobil kütləyə çırpılıb, 6 nəfər xəsarət alıb

17 Aprel 2018 00:41 (UTC+04:00)

Böyük Britaniyanın Mançester şəhərində avtomobil kütləyə çırpılıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ticarət mərkəzinin qarşısında baş verən hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Müxtəlif dərəcəli xəsarət alan yaralılar xəstəxanalara çatdırılıb. Onların ağır yaralandığı bildirilir. Hazırda polis hadisənin səbəblərini müəyyənləşdirir. İlkin versiyaya görə, insident yol qəzası nəticəsində baş verib.