"ABŞ Rusiyaya əlavə sanksiyalar tətbiq etməyi düşünür"

16 Aprel 2018 23:48 (UTC+04:00)

Ağ Ev rəhbərliyi Rusiyaya əlavə sanksiyalar tətbiq etməyi düşünür, qısa müddət ərzində bu məsələdə bir qərar veriləcək. Axar.az xəbər verir ki, bu sözləri "Ağ Ev"-in sözçüsü Sara Sanders söyləyib. Sanders sanksiya tətbiqinin müzakirə edildiyini, ancaq hələ də bir qərar verilmədiyini, ancaq qısa zamanda qərar çıxarılacağını bəyan edib.

Qeyd edək ki, ötən gün ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Rusiyaya qarşı yeni sanksiyaların bu gün tətbiq ediləcəyini bildirib.