Tahir Rzayev: "Manat ucuzlaşmayacaq" AÇIQLAMA

16 Aprel 2018 16:36 (UTC+04:00)

"Bu gün dünyada və qonşu ölkələrdə bir çox proseslər baş verir ki, manat dəyərini itirməsinin əksinə daha çox dəyər qazana bilər. Ancaq müəyyən qüvvələr var ki, insanları təşvişə salmaq, öz çirkin əməllərini həyata keçirmək üçün belə bir heç bir fakta əsaslanmayan məlumatlar uydururlar ki, manat ucuzlaşacaq". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, sözsüz ki ağıllı insanlar belə yalan şayiələrə inanmırlar. Neftin qiymətinin artması və qeyri-neft sektorunun inkişafı Azərbaycan brendinin dünyada tanıdılması və ixracı manatın güclənməsini bir daha təsdiq edir. Çünki Azərbaycanın ÜDMP həcmi bu ilin yanvar-fevral aylarında 11,54 milyar manata bərabər olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Adambaşına düşən ÜDM 1178,7 manata çatıb.

Bununla yanaşı, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun payına düşən ÜDM də 2,3 faiz artıb. Bütün bunlar bir daha deməyə əsas verir ki, manat daha da güclənə bilər".