Daha bir erməni hərbçi ölüb

16 Aprel 2018 16:22 (UTC+04:00)

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni hərbçi ölüb.

SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, insident ötən gün axşam saatlarında baş verib.

Məlumata əsasən 1998-ci il təvəllüdlü Alek Karapetyan hərbi hissədə baş verən silahlı insident nəticəsində ölüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.