Makron: “Suriyada sülhün bərpasına görə məsuliyyət də var”

16 Aprel 2018 16:16 (UTC+04:00)

Beynəlxalq koalisiyanı Suriyadakı hərbi öhdəlikləri İŞİD terror qruplaşması ilə müharibə bitən kimi başa çatacaq. Bundan başqa, Suriyada sülhün bərpasına görə məsuliyyət də var.

SİA-nın verdiyi məlumata görə, bunu Fransa prezidenti Emmanuel Makron bəyan edib.

E.Makron qeyd edib: "Hərbi öhdəliklər İŞİD-ə qarşı yönəlib və bu, terror təşkilatına qarşı müharibə bitəndə yekunlaşacaq. Fransa da bu mövqedədir, ABŞ da".

Prezidentin sözlərinə görə, koalisiyanın öhdəlikləri İŞİD-lə müharibədən sonra da davam edəcək: "Bu, həmçinin Suriya ərazisində humanitar və sülhün bərpasına görə öhdəliklərdir".