ATMU-nun tələbələri Çində Beynəlxalq otellərində peşəkar vərdişlərə yiyələnəcəklər

16 Aprel 2018 15:02 (UTC+04:00)

Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan 4 nəfər üçüncü kurs tələbəsi istehsalat təcrübəsi keçmək üçün bu gün Çinin Hubei şəhərinə səfər ediblər. SİA-nın məlumatına görə, 6 ay müddətlik təcrübə zamanı ATMU və Hubei Politexnik İnstitutu arasında olan əməkdaşlıq müqaviləsi çərçivəsində tələbələr Beynəlxalq otellərin sertifikasiyası proqramına qoşulacaqlar. Universitet tələbələri Hubei Texniki Peşə Məktəbində Çin mədəniyyəti, dili və turizmi ilə tanış olacaq, peşəkar vərdişlərə sahiblənmək üçün beynəlxalq beşulduzlu otellərdə istehsalat təcrübəsi keçəcəklər.