Nazir müavini: “Bizim siyasətimiz haqqın və doğrunun yanında olmaqdır”

16 Aprel 2018 15:01 (UTC+04:00)

“Suriya siyasətimiz hər hansı bir ölkənin yanında və ya qarşısında olmaq deyil”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ Fransa prezidenti Emmanuel Makronun “Türkiyə ilə Rusiyanı ayırdıq” açıqlamasını şərh edərkən bildirib.

“Nə Rusiya, nə də ABŞ-la eyni hədəfə can atırıq. Bizim siyasətimiz haqqın və doğrunun yanında olmaqdır. Konvensional silahlarla və ya kimyəvi silahlarla öldürülmək, hər ikisi cinayətdir. Çünki hər iki halda da günahsız insanlar ölür", deyə o bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Suriya əməliyyatı ilə Türkiyə və Rusiyanı ayırmağa nail olduqlarını açıqlamışdı.