Xaçmazda ölümlə nəticələnən qəza baş verib

16 Aprel 2018 14:34 (UTC+04:00)

Xaçmaz rayonunun Ə.Cavad küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən SİA-ya verilən məlumata görə Aprelin 15-də saat 8 radələrində Xaçmaz rayonunun Ə.Cavad küçəsində Adəm Məmmədov idarə etdiyi “VAZ-21053” markalı avtomobili yolun kənarındakı qaz borusuna vurub və nəticədə sürücü hadisə yerində ölüb.