Elnarə xeyriyyə aksiyası keçirib FOTOLAR

16 Aprel 2018 16:06 (UTC+04:00)

Müğənni Elnarə Xəlilova növbəti dəfə xeyriyyə aksiyası keçirib. SİA-nın məlumatına görə, bu dəfə o, Aişə adlı balaca qız üçün konsert proqramı təşkil edib. Tələbələri ilə birgə çıxış edən Elnarə hər kəsi Aişəyə yardım etməyə səsləyib. Müğənni və tələbələri 3 saatdan çox müddətdə sevilən və hit mahnıları ifa ediblər.

Qeyd edək ki, Bayramova Aişə 1 yaş 6 aylıqdır. Anadangəlmə fiziki qüsuru olan balaca qızın eşitmə problem var. Qulağı eşitmədiyi üçün danışa da bilmir. Əgər 6 ay ərzində əməliyyat olunmazsa ömrünün sonuna qədər lal-kar qala bilər. Aişənin probleminin həlli üçün 35 min manat pula ehtiyac var.