Millət vəkili: “Sarkisyan xalqı öz barmağına dolayıb” MÜNASİBƏT

16 Aprel 2018 15:19 (UTC+04:00)

“Bu gün Ermənistanda xalqın iradəsinin əksinə olan seçkilər keçirilir. Ermənistanda baş nazir önəmli bir post hesab olunur. Bütün idarəçilik onda olacaq”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, xalq da çox gözəl başa düşür ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan əslində bu imitasiya xalqı da öz barmağına dolayıb: “Mən hesab edirəm ki, Ermənistanda tezliklə hakimiyyət çevrilişi olacaq. Çünki orada vəziyyət kifayət qədər mürəkkəbdir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (DTİHB) da məsləhət görərdim ki, normal seçki keçirilən yerə deyil, anti-demokratik seçkinin keçirildiyi Ermənistanla məşğul olsunlar. Çünki onların daha çox məsləhətə və rəyə ehtiyacları var”.

Qeyd edək ki, Ermənistan paytaxtında sabiq prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz əlaməti olaraq kütləvi aksiya keçirilib. Etirazçılar İrəvanın mərkəzi küçə və prospektlərində hərəkəti dayandırıb. Bölgəyə polis qüvvələri cəlb olunub. Etiraz aksiyalarının əsas təşəbbüskarı olan “Vətəndaş müqaviləsi” Partiyasının liderlərindən olan deputat Nikol Paşinyan işlərinə tələsən erməni vətəndaşlarından onlara yaratdıqları maneədən ötrü üzr istəyib.