Azərbaycan Ordusunda idman yarışları keçirilir

16 Aprel 2018 13:22 (UTC+04:00)

Müdafiə nazinin təsdiq etdiyi 2018-ci il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunda müxtəlif idman növləri üzrə yarışlar keçirilir. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yarışlarda birlik, birləşmə və hərbi hissələrin şəxsi heyəti iştirak edir.

Müxtəlif mərhələlərdə keçirilən yarışlarda şəxsi heyət qüvvə və bacarıqlarını sınayacaq. Yarışların nəticələrinə əsasən müəyyən ediləcək qaliblər komandanlıq tərəfindən mükafatlandırılacaq.