Əli Kərimli ilə Ramin Hacılını birləşdirən nədir? ARAŞDIRMA+FOTOFAKT

16 Aprel 2018 11:40 (UTC+04:00)

073-50

Saxta arayışlar, partiya biletləri və AXCP sədrinin “dobrosu”

AXCP sədri Əli Kərimlinin xarici ölkələrdə “siyasi sığınacaq” statusu almaq istəyənlərə saxta partiya arayışını satmasına dair sənədlər daha öncələr olduğu kimi, bu ərəfələrdə də də üzə çıxmaqdadır. Belə ki, hələ ötən il bu kimi məsələlərlə bağlı Baş Prokurorluğa çağırılan Ə.Kərimli sözügedən iddialarla razılaşmadığını desə də, ortaya qoyulan danılmaz faktlar həmin istiqamətdə işin davam edəcəyindən xəbər verir. Məlum olan isə budur ki, Ə.Kərimli saxta arayışları 2500-3000 avroya Hollandiyada yaşayan, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” verilişinin müxbiri Fikrət Hüseynli ilə əlbir olaraq satır. O. cümlədən, digər şəxslərlə də bu istiqamətdə işlər aparılmaqdadıdır. Necə deyərlər, saxta sənəd bazarı bu gün Ə.Kərimlinin inhisarı altında qalmaqda davam edir.

Saxta sənədə gəl, saxta sənədə...! 2500, 3000 avroya..!

Daha bir məqamı da xatırlada bilərik ki, arayışlarla yanaşı, partiya biletləri də satan dələduz “lider” onu ifşa etmiş digər faktdan da yayınmağı bacarmamışdı. Misal üçün, bir müddət öncə, sosial şəbəkədə siyasi sığınacaq almaq üçün Almaniyaya üz tutmuş şəxslərdən birinin Ə.Kərimlinin sədri olduğu AXCP üzvü olduğunu əks etdirən sənədin fotosu paylaşılmışdı. Digər tərəfdən, iddia edilən faktlardan biri də Ə.Kərimlinin bu məsələdə Avropada yaşayan adamlarına saxta sənəd düzəldib, insanlara satması üçün “dobro” verməsidir. Belə ki, belə sənədlərdən birini məhz Almaniyayada alan şəxs sənədin Ramin Hacılı adlı bir nəfər tərəfindən 3000 manata hazırlanaraq, ona satıldığını deyib. Beləliklə, Ə.Kərimlinin saxta sənəd və arayış şəbəkəsinin artıq Avropa ölkələrində də vüsət aldığını əminliklə deyə bilərik. Çünki sosial şəbəkə istifadəçiləri sözügedən şəxsin müxalifətyönümlü “Dalğa Gənclər Hərəkatı”nın keçmiş rəhbəri, hazırda “Azərbaycan Avropa Hərəkatı”nın sədri R.Hacılı olduğu bildirilir. Əldə edilmiş məlumatlara görə, R.Hacılı xaricdən sığınacaq almaq istəyən şəxslərə saxta partiya biletləri, saxta məhkəmə qərarları, polis tərəfindən saxlanma ilə bağlı protokollar satır, əlbəttə ki, AXCP sədrinin razılığı əsasında. Maraqlısı isə budur ki, həmin şəxslər də bu saxta sənədlərlə digər ölkələrdən siyasi sığınacaqlar ala biliblər…

Guya insanlara viza almaqda “yardımçı” olur…

Düzdür, Ə.Kərimlinin dələduz iş birlikçisi R.Hacılı deyilənləri qəbul etmir və özünü təmizə çıxarmaq üçün bildirir ki, Almaniyada turizm sahəsində çalışır, guya

insanlara viza almaqda “yardımçı” olur və s. Ancaq dediklərini dolayısı ilə təkzib edir. Misal üçün, bu gün o bəzi sadəlöhvlü insanları inandıra bilər ki, həqiqətən də turizm sahəsində çalışır və insanların viza almaları üçün müəyyən məbləğlər qarşılığında qazanc əldə edir. Ancaq sirr deyil ki, onun çalışdığı bu kimi sahələrdə saxta vizalar və sənədlərin düzəldilməsi kifayət qədər mümkündür. Əlbəttə, R.Hacılı heç vaxt öz dələduzluğunu etiraf etməz, eləcə də ona “dobro” verən Ə.Kərimlinin də bu işdə tapşıırıq verdiyini ictimailəşdirməz. Ancaq ortada olan dəlillər və faktlar həmin insanların iş birliyinə gedərək, hansı oyunlardan çıxdıqlarını kifayət qədər sübuta yetirmiş olur.

Rövşən NURƏDDİNOĞLU