Alberto Moravianın “Çoçara” kitabı Azərbaycan dilində

16 Aprel 2018 10:57 (UTC+04:00)

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli italyan nasiri Alberto Moravianın “Çoçara” kitabı işıq üzü görüb.

Mərkəzdən SİA-ya verilən məlumata görə, Alberto Moravia – dünya ədəbi fikir müstəvisində bir çox əsərləri, o cümlədən “Həyat oyundur”, “Müsahibə”, “Diqqət”, “Özgə həyat” romanları, xüsusən dünya ədəbiyyatı oxucusunun marağına səbəb olan böyük maraqla oxunan “Roma hekayələri” silsiləsi ilə tanınır.

Yazıçının “Çoçara” romanı, eləcə də “Roma hekayələri” silsiləsindən olan “Mario”, “Dostluq”, “Bədxərc”, “Təlx ovqat”, “Bürkü zarafatları”, “Kötük”, “Körpə”, “Roma sikkəsi”, “Dublyor” kimi otuza yaxın hekayəsi daxil edilmiş kitabı dilimizə Etimad Başkeçid və Mahir N. Qarayev çevirib.