Gəncədə yanğın hadisəsi baş verib

16 Aprel 2018 10:42 (UTC+04:00)

Gəncədə yanğın hadisəsi baş verib. FHN-dən SİA-ya verilən məlumata görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 60 kv.m sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı binadan 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.