37 şübhəli şəxs saxlanılıb

16 Aprel 2018 09:25 (UTC+04:00)

Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 170 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 24 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.