Fransada hökumət əleyhinə aksiya keçirilib - 51 nəfər saxlanılıb

16 Aprel 2018 09:46 (UTC+04:00)

Fransada miqrantlara dəstək olmaq üçün hökumət əleyhinə toplanan nümayişçilərə polis müdaxilə edib. Türkiyənin hurriyet.com.tr saytı xəbər verir ki, nəticədə polislə nümayişçilər arasında qarşıdurma yaşanıb, 51 nəfər saxlanılıb.

Aksiyaya təxminən iki min nümayişçi qatılıb. Aksiyadan sonra nümayişçilər ətrafdakı banklara, əmlak ofislərinə, bəzi telefon mağazalarına hücum ediblər. Nəticədə onların törətdiyi hücumlar böyük maddi ziyana səbəb olub.