PSV 24-cü dəfə Hollandiya çempionu oldu

16 Aprel 2018 06:01 (UTC+04:00)

Futbol üzrə Hollandiya çempionatında da 2017/2018 mövsümünün qalibi müəyyənləşib. 31-ci turda doğma meydanda “Ayaks”ı 3:0 hesabı ilə məğlub edən PSV 24-cü çempionluğunu rəsmiləşdirib. Bu qələbədən sonra xallarının sayını 80-ə yüksəldən Eyndhoven təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi “Ayaks”ı 10 xal qabaqlayır. Qeyd edək ki, bu gün İngiltərədə “Mançester Yunayted”in “Vest Bromviç”ə uduzmasından sonra “Mançester Siti” də vaxtından əvvəl çempionluğu rəsmiləşdirib.