Qvardiolanın 9 mövsümdə 7-ci çempionluğu

16 Aprel 2018 01:17 (UTC+04:00)

“Mançester Siti” dünən İngiltərə Premyer Liqasının qalibi olub. Qol.az-ın xəbərinə görə, bununla da komandanın baş məşqçisi Xosep Qvardiola üç böyük liqada (İspaniya / “Barselona”, Almaniya / “Bavariya”, İngiltərə / “Mançester Siti”) birinci ola bilib.

Bundan öncə ən azı 3 TOP-liqada çempionluğu Karlo Ançelotti (4 – İngiltərə, İtaliya, Fransa,Almaniya) və Joze Mourinyo (3 – İngiltərə, İtaliya, İspaniya) qazanmışdı.

Ümumilikdə bu, 47 yaşlı Qvardiolanın məşqçi kimi son 9 mövsümdə 7-ci çempionluğu olub (3 dəfə “Barselona”, 3 dəfə “Bavariya, 1 dəfə “Mançester Siti”).